AYNA sürücülərə: İstiqamət dəyişir

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin (“Piramida” tərəfi) yaxınlığında yaxın günlərdə hərəkət istiqamətləri dəyişdiriləcək.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Ərazidə avtobusların ləngiməsinin qarşısını almaq məqsədilə xüsusi hərəkət zolağı təşkil olunacaq. Digər nəqliyyat vasitələri isə yeni hərəkət sxeminə uyğun olaraq Milli Gimnastika Arenası və “Koroğlu” dəmiryol dayanacağı istiqamətində xəritədə göstərilən trayektoriya üzrə hərəkət edə biləcəklər.

Arzu Paşaqızı