Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Nümayəndələr Palatasının sədri ilə görüşüb
İyunun 22-də ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib.
Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.
Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.
Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi buradakı Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Arzu Paşaqızı