İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

turaninsesi.az ” DSX-ya istinadla xəbər verir ki, sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbi müsadirə olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Arzu Paşaqızı