Parlament diplomatlarla bağlı dəyişikliyə razılıq verdi – Pul ödəniləcək
Vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə diplomatik xidmət orqanı əməkdaşının xidmətinə xitam veriləcək.
“turaninsesi.az ” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni – 30.1.14-cü maddədə əksini tapıb.
Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
Arzu Paşaqızı