Qlobal Qadınlar Sammitində

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Qlobal Qadınlar Sammitində iştirak etmək üçün iyunun 3-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.


Komitə sədri sammit çərçivəsində qadınların dəstəklənməsində dövlət və özəl sektor arasında əməkdaşlığa həsr olunan dəyirmi masada iştirak edəcək, müzakirələr zamanı çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşəcək.

Arzu Paşaqızı