ABŞ-dən Ukraynaya gözlənilməz zərbə – İMZA ÇƏKMƏDİ
ABŞ BMT Təhlükəsizlik Şurasında Ukrayna və Qərb ölkələrinin Rusiyaya qarşı hazırladığı birgə bəyanata qoşulmayıb.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə məlumat Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnikin səsləndirdiyi müraciətdə yer alıb. Məlumatı AFP agentliyi yayıb.
Bəyanatı ümumilikdə 50-yə yaxın dövlət dəstəkləyib. Sənədə Yaponiya, Cənubi Koreya, Macarıstan və Slovakiya ilə yanaşı, Avropa İttifaqı da təşkilat olaraq tam şəkildə qoşulub.
Andrey Melnik çıxışı zamanı dərhal və qeyd-şərtsiz atəşkəsin vacibliyini vurğulayıb. O, həmçinin humanitar addımların gecikmədən həyata keçirilməsinin zəruri olduğunu bildirib.
Qeyd edək ki, mayın 24-nə keçən gecə Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib. Hücum zamanı 90 raket və 600 pilotsuz uçuş aparatından istifadə olunduğu bildirilib.
Zərbələrin əsas istiqamətlərindən biri Kiyev və Kiyev vilayətinin Belaya Serkov şəhəri olub. Məlumata görə, Rusiya həmin əraziyə qarşı “Oreşnik” orta mənzilli ballistik raketindən istifadə edib. Bu raketin müharibə dövründə üçüncü dəfə tətbiq olunduğu qeyd edilir.
Kiyevə edilən hücum nəticəsində 3-ü uşaq olmaqla 87 nəfər yaralanıb, 2 nəfər isə həlak olub.
Hadisədən sonra Avropa ölkələri və ABŞ Rusiyanın hücumlarını sərt şəkildə pisləyib. Bunun ardınca BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.
Arzu Paşaqızı