Sahibə Qafarova hesabat verdi

“Yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görüldü. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun, bu gün isə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları da dinlənib”.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova yaz sessiyasında görülən işlərdən danışarkən deyib.

O vurğulayıb ki, Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində də lazımi tədbirlər həyata keçirilib: 

“Qeyd edim ki, sessiya ərzində parlamentdə 10 minə qədər vətəndaş müraciətinə baxılıb. Yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilib. Keçən dövrdə Milli Məclisin 58 deputatı 29 ölkəyə 110 səfər həyata keçirib. Deputatlar doqquz beynəlxalq təşkilatın tədbirlərində iştirak edib və çıxış edib. Millət vəkilləri Qazaxıstanda keçirilən referendumu və Macarıstanda keçirilən parlament seçkilərini müşahidə edib. 39 ölkənin və səkkiz beynəlxalq təşkilatın 48 nümayəndə heyəti, ümumən 327 nəfər xarici qonaq Milli Məclisdə olub”.

Arzu Paşaqızı