Deputat bu valideynlərin cəzalandırılmasını tələb edir

“Qarşıdan Qurban bayramı gəlir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzi hallarda uşaqların gözü qarşısında heyvanlar kəsilir. Hətta təkcə uşaqların deyil, bir heyvanın gözü qarşısında digər heyvanın kəsilməsi halları da baş verir. Məncə, məişət zorakılığının müəyyən kökləri məhz buradan başlayır”.

turaninsesi.az ” xəbər veri ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən növbəti plenar iclasında deyib.

O vurğulayıb ki, valideynlər də bəzən uşaqların gözü qarşısında qurban kəsirlər və heyvanın qanını uşağın alnına çəkirlər: 

“Hesab edirəm ki, bu məsələnin qarşısını yalnız maarifləndirmə ilə almaq mümkün deyil. Müvafiq dövlət qurumları tərəfindən də ciddi addımlar atılmalıdır”.

Arzu Paşaqızı