Əli Əsədov Berdiməhəmmədovla görüşdü
Aşqabad şəhərində işgüzar səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov mayın 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Bu barədə “turaninsesi.az ”a Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Ə.Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüş zamanı Azərbaycan ilə Türkmənistan arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoqun dinamik inkişaf etdiyi vurğulanıb, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları müzakirə olunub.
Arzu Paşaqızı