Əli Əsədov Türkmənistanda işgüzar səfərdədir

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 21-də MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedib.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistanın maliyyə və iqtisadiyyat naziri Mammetqulı Astanaqulov və digər rəsmi şəxslər qarşılayıblar. 

Arzu Paşaqızı