Milli Məclisdə görüş

Mayın 21-də Milli Məclisin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasında (MDB PA) nümayəndə heyətinin üzvləri Mübariz Qurbanlı və Göydəniz Qəhrəmanov BMT-nin Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan MDB PA-nın nümayəndələri ilə görüşüblər.


Qonaqları salamlayan Milli Məclisin deputatları ölkəmizdə keçirilən WUF13 forumunun əhəmiyyətindən, eləcə də Azərbaycanda urbanizasiya sahəsində həyata keçirilən islahatlardan və görülən işlərdən danışıblar.
Söhbət zamanı Azərbaycanın MDB PA-da fəaliyyəti, parlamentlərarası əməkdaşlıq əlaqələrinin inkişafı və bu istiqamətdə aparılan işlər diqqət mərkəzində olub. Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura iclasında və 60-cı plenar sessiyada iştirak etmək məqsədilə Rusiya Federasiyasına etdiyi səfərin əhəmiyyəti vurğulanıb.

Arzu Paşaqızı