Sahibə Qafarova və Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko mətbuata bəyanatla çıxış ediblər
Milli Məclisin sədri Sahibə Qafarova və Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ikitərəfli görüşdən sonra mətbuata bəyanatla çıxış ediblər.
İqor Sergeyenkonun hazırda Azərbaycanda rəsmi səfərdə olmaqla yanaşı, həm də Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Belarus Respublikasını təmsil etdiyini və dünən açılış mərasimində iştirak etdiyini söyləyən spiker Sahibə Qafarova deyib ki, bu da, əslində Azərbaycan-Belarus münasibətlərinin mahiyyətini açıq şəkildə nümayiş etdirən bir məqamdır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu münasibətlər zamanın sınağından çıxıb və Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur.
Arzu Paşaqızı