Sahibə Qafarova Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova mayın 19-da ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.


Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Sonra tərəflər arasında təkbətək görüş keçirilib.
Daha sonra Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış olublar. Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Arzu Paşaqızı