Həştərxanda Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir keçiriləcək

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev mayın 6-da Rusiya Federasiyasının Həştərxan şəhərinə səfər edəcək.

Bu bbarədə “turaninsesi.az“-a Milli Məclisin mətbuat xidmətindən məlumat daxil olub.


Komitə sədri burada Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Arzu Paşaqızı