Gömrükdə qarpızın içindən həşiş çıxdı
Astara Gömrüyündə külli miqdarda narkotik vasitə – həşiş aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“turaninsesi.az ” xəbər verir ki, “qarpız” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yükdə şübhəli cizgilər müşahidə olunduğundan əsaslı yoxlamaya cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı üzərləri “qarpız” yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 304 bağlamadan ümumi təmiz çəkisi 31 kiloqram 500, 907 qram xüsusilə külli miqdarda narkotik vasitə – həşiş aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Arzu Paşaqızı