Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Mayın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Sadiq Qurbanov iclası açaraq, bir neçə gündən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin doğum gününün qeyd olunacağını bildirib. Azərbaycanın inkişafının Ulu Öndərin adı ilə bağlı olduğunu və bu gün bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sonra Sadiq Qurbanov iclasda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını bildirib. Qeyd edilib ki, layihədə məqsədli təyinatı əkin, çoxillik əkmələr olan kənd təsərrüfatı təyinatlı torpaqlardakı kənd təsərrüfatı fəaliyyətinə mane olan yaşıllıqların götürülməsinin hüquqi əsasının və bundan irəli gələrək götürmənin mexanizminin yaradılması nəzərdə tutulur.

Arzu Paşaqızı