Azərbaycan Avropa Parlamenti ilə əlaqələri dayandırdı -YENİLƏNDİ-2
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.
“turaninsesi.az ” xəbər verir ki, sənədi vitse-spiker Ziyafət Əsəgərov oxuyub.
Qərara əsasən, Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətkləır üzrə əməkdaşlıq əlaqələri dayandırılıb. Bundan başqa, Avronestdədə Milli Məclisin üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının tətbiqinə başlanılacaq.
***
11:35
Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul etmək üçün Komissiya yaradılıb.
“turaninsesi.az ” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Komissiyanın sədri Ziyafət Əsgərov, üzvləri Fazil Mustafa, Mubariz Qurbanlı, Tahir Mirkişili, Tural Gəncəliyev, Jalə Əliyeva, Səbinə Xasayeva olub.
***
11:05
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı bəyanat qəbul edəcək.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.