Paşinyan: “Şahin Mustafayevin İrəvan səfəri tarixi hadisədir”
“Çox mühüm hadisə baş verib. Fikrimcə, hər iki ölkənin baş nazir müavinlərinin səfərləri sülh prosesinin institusional məntiqi baxımından tarixi xarakter daşıyır. Bu mərhələyə gəlib çatdığımıza görə çox şadam”.
“turaninsesi.az ” Armenpress-ə istinadla xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan hökumətinin iclasından sonra keçirilən brifinqdə deyib.
O, vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında münasibətlər tədricən yaxşılaşdırılmalı, sülh prosesi daha da möhkəmləndirilməlidir:
“Normal münasibətlər qurulmalı, uzunmüddətli perspektivdə isə strateji baxımdan mehriban qonşuluq əlaqələri formalaşmalıdır”.
Paşinyan əlavə edib ki, tərəflər arasında dialoqun davam etdirilməsi və sülhün gücləndirilməsi əsas prioritet olaraq qalır.
Arzu Paşaqızı