Masallıda narkotik əleyhinə əməliyyat keçirildi

Masallıda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

turaninsesi.az ” xəbər verir ki, saxlanılan 24 yaşlı Pirali Ağayevdən ümumilikdə 14 kiloqram marixuana, heroin və tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, P. Ağayev məhkəmənin qərarı ilə həbs edilib.