Anar Bayramov daha 5 müşavirini və departament rəhbərini işdən çıxardı
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə TƏBİB-ə müşavir təyin edilən Zeynal Bayramlı vəzifəsindən azad edilib.
“turaninsesi.az” xəbər verir ki, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə müşavirləri Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu tutduqları vəzifələrindən azad olunublar.
Hələ ki onların yerinə təyinat yoxdur. TƏBİB-in icraçı direktorunun digər əmri ilə Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.
Arzu Paşaqızı