Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.


Görüşdə dost ölkələrimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan və Əlcəzair arasında əlaqələri daha da inkişaf etdirmək üçün əlverişli imkanlar mövcuddur. Tərəflər siyasi dialoqun mövcud səviyyəsindən məmnunluqlarını bildirərək, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirdiklərini qeyd ediblər.

Arzu Paşaqızı