Sahibə Qafarova Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimində iştirak edib
Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyasının açılış mərasimində iştirak edib.
Tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, PAİ-nin prezidenti Tulia Akson, PAİ-nin baş katibi Martin Çunqonq və BMT-nin koordinatoru Babatunde Ahonsi çıxış edərək keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər, tədbirin işinə uğurlar arzulayıblar.


Arzu Paşaqızı