Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında

Aprelin 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin videokonfrans formatında iclası keçirilib.


İclası açan komitə sədri Səməd Seyidov gündəliyə beş məsələnin daxil edildiyini bildirib.


İlk öncə komitə sədri gündəliyin birinci məsələsi – “Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, sazişin əsas məqsədi müdafiə sahəsində ikitərəfli əməkdaşlıq üçün hüquqi çərçivə yaratmaq və əlaqələri daha da gücləndirməkdir. Bununla belə, sənəd hərbi təhsil, təlimlər, texniki əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar kimi müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin genişləndirilməsini nəzərdə tutur.

Arzu Paşaqızı