Milli Məclisin sədri Sahibə Qafarova Litvanın Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 9-da ölkəmizdə rəsmi səfərdə olan Litva Respublikasının Baş naziri İnqa Ruqiniene ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Litva arasında mövcud dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Litva Baş nazirinin ölkəmizə rəsmi səfəri iki dövlət arasında mövcud olan münasibətlərin və əməkdaşlığın daha da genişləndirilməsi niyyətinin göstəricisidir.
Milli Məclisin sədri qonağı parlamentdə salamlamaqdan məmnunluğunu ifadə edərək qeyd edib ki, Azərbaycan və Litva arasında tarixən formalaşmış əlaqələr və xalqlar arasında dostluq münasibətləri ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradır.









Arzu Paşaqızı