Dövlət Xidmətində boş iş yerlərinin sayı açıqlandı – SİYAHI
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) müxtəlif ixtisaslar üzrə həkim mütəxəssis və tibb işçilərinin işə qəbulunu elan edib.
“turaninsesi.az ” xəbər verir ki, qurumda aşağıdakı yerlər boşdur:
Terapevt, nevropatoloq və psixiatr
Otorinolarinqoloq (LOR), dermatoveneroloq və cərrah
Oftalmoloq və rentgenoloq (həmçinin texnik)
Funksional diaqnostika üzrə mütəxəssislər: USM, elektrokardioqrafiya, exokardioqrafiya və elektroensefaloqrafiya.
Müraciət zamanı şəxsiyyət vəsiqəsinin FİN (Fərdi İdentifikasiya Nömrəsi) kodunun qeyd edilməsi mütləqdir.
Arzu Paşaqızı