TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının seminarında
Aprelin 7-də Milli Məclisdə TÜRKPA-nın İqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclası çərçivəsində “Birgə iqtisadi fəaliyyətin həyata keçirilməsi üçün perspektivli sənayelər: aktorlar və amillərin birləşdirilməsi yolları” mövzusunda seminar keçirilib.
Seminarda TÜRKPA-ya üzv ölkələr arasında birgə iqtisadi fəaliyyətin reallıqları və perspektivləri, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi ilə bağlı fikirlər səsləndirilib. Türk dövlətlərinin iqtisadiyyatının rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, iqtisadi təhlükəsizliyin təmin edilməsinin vacibliyi vurğulanıb.


Arzu Paşaqızı