Əmək və sosial siyasət komitəsinin iclasında
Aprelin 6-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib.
Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.
Komitə sədri bildirib ki, təqdim olunan sənədin əsas məqsədi əməyin ödənilməsində gender bərabərliyinin daha geniş və effektiv şəkildə tədbiqini təmin etməkdir. Qeyd edilib ki, təklif edilən dəyişikliklər “eyni və ya oxşar iş” anlayışını genişləndirərək “bərabər dəyərli iş” prinsipini qanunvericilikdə təsbit edəcək və bununla da kişilər və qadınlar arasında əməkhaqqı ödənişində fərqlərin aradan qaldırılmasına xidmət edəcək. Bununla belə, layihəyə əsasən işəgötürənlərin bu sahədə öhdəlikləri konkretləşdirilir və əmək münasibətlərində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir.

Arzu Paşaqızı