Milli Məclisdə Azərbaycan-Çin münasibətlərinə həsr olunmuş dəyirmi masa keçirilib
Aprelin 2-də Milli Məclisdə Azərbaycan-Çin diplomatik münasibətlərinin qurulmasının 34 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbir iştirakçılarını spiker Sahibə Qafarovanın adından salamlayan Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov Çinin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən olduğunu vurğulayıb, iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasından ötən 34 il ərzində münasibətlərimizin keçdiyi inkişaf yolundan danışıb, O, iki ölkə arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq əlaqələrinin bugünkü səviyyəsindən məmnunluğunu bildirərək, Prezident İlham Əliyevin ötən il Çin Xalq Respublikasına dövlət səfərindən sonra əlaqələrimizin daha da inkişaf edərək, yeni mərhələyə yüksəldiyini qeyd edib.



Arzu Paşaqızı