Sahibə Qafarova dəfnə görə Tbilisiyə getdi

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə səfər edib.

turaninsesi.az ” xəbər verir ki, o, Gürcüstan Patriarxı II İlyanın dəfn mərasimində iştirak edəcək.

Nümayəndə heyətində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və digər rəsmi şəxslər təmsil olunur.

II İlya martın 17-də 93 yaşında vəfat edib. O, bu gün vəsiyyətinə uyğun olaraq Tbilisidəki müqəddəs Sioni məbədində dəfn olunacaq.

Arzu Paşaqızı