Əmək və sosial siyasət komitəsinin iclasında

Martın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə iki məsələ daxildir.


Əvvəlcə komitə sədri gündəliyin birinci məsələsini – Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Komitə sədri bildirib ki, qanun layihəsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlıdır. Layihə narkotik asılılığı olan şəxslərin müəyyən edilmiş fəaliyyət məhdudiyyətli peşə və vəzifələrə qəbulunun qarşısını almaq, bu sahədə işəgötürənlərin məsuliyyətini artırmaq və nəzarət mexanizmlərini gücləndirmək məqsədilə hazırlanıb.

Arzu Paşaqızı