Yolu keçən bir piyadaya görə avtomobilin saxlaması yolverilməzdir-DEPUTAT
Milli Məclisin deputatı Tahir Rzayev yolu keçən bir piyadaya görə avtomobilin saxlamasının yolverilməz olduğunu deyib.
“turaninsesi.az” xəbər verir ki, parlamentdə Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı çıxış edən deputat Bakıda tıxac probleminin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilsə də, problem hələ tam həllinin tapmadığını deyib:
“Bizə adi görünən vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir”.
Arzu Paşaqızı