Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır-Fazil Mustafa
Bakıda güclü yağış yağan kimi Balaxanı-Zabrat gölü yaranır.
“turaninsesi.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentdə hökumətin 2025-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, paytaxtın Sabunçu qəsəbəsinin kanalizasiya sistemi yetərli səviyyədə olmadığından güclü yağış yağan kimi televiziyalar artıq tərəddüd etmədən kameralarını ilk növbədə, bu rayona göndərirlər:
“Avtomobil yolunun üzərində əməlli-başlı müştərək Balaxanı-Zabrat gölü yaranır. Drenaj yoxdur, nə yağırsa, yola toplanır və günəş həmin suyu qurutmayınca insanlar günlərlə palçıqlı səkilərdə gəzirlər”.
Arzu Paşaqızı