Füzulidə mina partlayışı: Ölən var

Füzulidə mina partlayışı nəticəsində bir nəfər həyatını itirib.

turaninsesi.az ” “Trend”ə istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Veysəlli kəndi ərazisində baş verib.

Məlumata əsasən, Füzulidə çoban kimi çalışan Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Ramil Maşallah oğlu Hacıyev atla hərəkətdə olarkən minaya düşüb.

Partlayış nəticəsində R.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Arzu Paşaqızı