Toponimiya Komissiyasının iclasında

Martın 11-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclası keçirilib.

İclasda komissiyanın sədri İsa Həbibbəyli bildirib ki, gündəliyə Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə bağlı məsələ daxil edilib.


Bildirilib ki, ölkə ərazisində vaxtilə süni şəkildə dəyişdirilmiş, müxtəlif dövrlərdə məkirli məqsədlərlə saxtalaşdırılmış 40-dan artıq yer adının Toponimiya Komissiyası tərəfindən bərpa edildiyini söyləyib. Qeyd olunub ki, aparılan dəyişikliklər Azərbaycanın milli maraqlarına və dövlətçilik mənafeyinə uyğun şəkildə həyata keçirilib, tarixi və milli toponimlərin qorunmasına və bərpasına xidmət edib.

Arzu Paşaqızı