Milli Məclisin deputatları Qazaxıstanda referendumu müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında martın 15-də keçiriləcək ümumxalq referendumunu müşahidə etmək üçün bu ölkənin Almatı və Astana şəhərlərinə səfər edəcək.


Yeni Konstitusiyanın qəbulu ilə bağlı keçirilən referendumu Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, deputat Bəxtiyar Əliyev MDB Parlamentlərarası Assambleyasının xətti ilə, deputat Fariz İsmayılzadə MDB İcraiyyə komitəsinin xətti ilə, deputat Məlahət İbrahimqızı Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) xətti ilə Astana şəhərində, deputat Tamam Cəfərova isə TÜRKPA xətti ilə Almatı şəhərində izləyəcəklər.

Arzu Paşaqızı