Xırdalanda bıçaqlı insident – Saxlanılan var

Xırdalan şəhərində bıçaqlı insident hadisəsi qeydə aınıb.

turaninsesi.az ” xəbər verir ki, hadisə axşam saatlarında iki nəfər arasında yaranan mübahisə zəminində baş verib.

Belə ki, Abşeron rayonu, Xırdalan şəhərində 43 yaşlı C.Məhərrəmova kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törətməkdə şübhəli bilinən 47 yaşlı R.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Arzu Paşaqızı