Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda hansı qərarlar verildi? – Detallar açıqlandı

Bu gün Azərbaycanın Baş naziri, AİH-in Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Holdinqin idarəetməsində olan Portfel Şirkətlərin 2025-ci ilin yekunları üzrə Fəaliyyət Hesabatı, əsas fəaliyyət göstəriciləri və maliyyə nəticələri, o cümlədən ümumi gəlir və EBİTDA göstəriciləri, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin inkişaf perspektivlərinə ümumi baxış, dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların AİH-nin portfel şirkətlərinə tətbiqi barədə və digər cari məsələlər ətraflı müzakirə olunub.  

turaninsesi.az ” xəbər verir ki, gündəlikdə olan məsələlər üzrə Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanovun geniş təqdimatı dinlənilib. İclasda təqdim olunan məsələlərə dair AİH-in Müşahidə Şurasının üzvləri, AİH-in İdarə Heyətinin sədri və iclasa dəvət olunan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov çıxış ediblər.

İclasın yekununda AİH-in Müşahidə Şurasının üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və Holdinqin İdarə Heyətinə müvafiq tapşırıqlar verilib.   

Arzu Paşaqızı