Naxçıvan Dövlət Universitetində dərslər dayandırıldı

Naxçıvan Dövlət Universitetində tədris dayandırılıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. 

Bildirilib ki, İranın dron hücumu ilə əlaqədar Naxçıvan Dövlət Universitetində dərslər dayandırılıb.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb. 

Arzu Paşaqızı