Milli Məclisdə gender bərabərliyinə həsr olunmuş ictimai dinləmə keçirilib
Martın 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbiri giriş sözü ilə açan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə 20 il əvvəl “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun qəbul edildiyini, bu sahədə ötən illər ərzində bir çox işlərin görüldüyünü, o cümlədən qanunvericiliyin təkmilləşdirildiyini bildirib. O, bu dinləmənin gerçəkləşməsi üçün göstərdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib. Onun vaxtı ilə millət vəkili olaraq, hazırda isə Parlamentin sədri kimi beynəlxalq səviyyədə gender bərabərliyi ilə bağlı cəmiyyətin dəyişən tələblərinə uyğun olaraq qanunvericilik bazasının formalaşması və daim təkmilləşdirilməsi ilə bağlı Azərbaycanın təcrübəsini səsləndirdiyini söyləyib.

Arzu Paşaqızı