Milli Məclisdə Azərbaycan idmanının müasir çağırışları müzakirə olunub
Milli Məclisdə Azərbaycan idmanının müasir çağırışları müzakirə olunub Martın 4-də Milli Məclisin Gənclər və idman komitəsində Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirilib.Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov tədbiri açaraq iştirakçıları salamlayıb, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə spiker Sahibə Qafarovaya təşəkkür edib.O, bildirib ki, Milli Məclisin Gənclər və idman komitəsi üzvlərinin, Milli Olimpiya Komitəsi və idman federasiyalarının rəhbər şəxslərinin, o cümlədən aidiyyəti qurumların təmsilçilərinin iştirak etdiyi tədbirin məqsədi ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə həyata keçirilən dövlət siyasəti, mövcud nailiyyətlər və perspektiv istiqamətlər barədə müzakirələrin aparılmasıdır.https://www.meclis.gov.az/news.php?id=6607&lang=az#MilliMeclis
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov tədbiri açaraq iştirakçıları salamlayıb, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə spiker Sahibə Qafarovaya təşəkkür edib.
O, bildirib ki, Milli Məclisin Gənclər və idman komitəsi üzvlərinin, Milli Olimpiya Komitəsi və idman federasiyalarının rəhbər şəxslərinin, o cümlədən aidiyyəti qurumların təmsilçilərinin iştirak etdiyi tədbirin məqsədi ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, bu sahədə həyata keçirilən dövlət siyasəti, mövcud nailiyyətlər və perspektiv istiqamətlər barədə müzakirələrin aparılmasıdır.

Arzu Paşaqızı