Milli Məclisin plenar iclası başlayıb
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
“turaninsesi.az” xəbər verir ki, iclasın gündəliyində Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi daxil olmaqla, ümumilikdə, 8 məsələ var.
Məruzəni ombudsman Səbinə Əliyeva təqdim edəcək.
Qeyd edək ki, plenar iclasa spiker Sahibə Qafarova sədrlik edir.
Arzu Paşaqızı