ATƏT PA-nın qış sessiyasında

Milli Məclisin ATƏT Parlament Assembleyasındakı nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, nümayəndə heyətinin üzvləri Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev qurumun 25-ci qış sessiyasında iştirak etmək məqsədi ilə fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.

Bu bbarədə “turaninsesi.az“-a Milli Məclisin mətbuat xidmətindən məlumat daxil olub.


Sessiya çərçivəsində təşkilatın Daimi komitəsinin habelə, Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan haqları və humanitar məsələlər, İqtisadiyyat, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitələrinin iclasları keçiriləcək.

Arzu Paşaqızı