Yeni nazir müavini NƏBİYEV kimdir? – DOSYE

Fövqəladə Hallar Nazirliyinə iki yeni nazir müavinindən biri Yusif Nəbiyevdir.

turaninsesi.az ” xəbər verir ki, o, uzun illər FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti vəzifəsində çalışıb.

Y. Nəbiyev 14 dekabr 2012-ci ildə “daxili xidmət general-mayoru” rütbəsi alıb, 2018-ci ildə isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikasında anadan olan Yusif Nəbiyev Azərbaycanın Əməkdar hüquqşünası, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri (2000-2011), Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri (2011-2022) olmuş Mahmud Nəbiyevin oğludur.

General-mayorun babası Yusif Mustafa oğlu Nəbiyev Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (1970-1979), Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi (1979-1980) vəzifələrini tutub.

Arzu Paşaqızı