TƏCİLİ! Kəmaləddin Heydərovun müavinləri işdən çıxarıldı – FOTOLAR

Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir.

turaninsesi.az ” xəbər verir ki, müvafiq əmrlə Fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev tutduqları vəzifələrindən azad ediliblər.

Onların birdən-birə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil. 

 Yayılan xəbərlə bağlı Orucəli Hacıyevlə əlaqə saxlasaq da o, məlumatı təkzib etməyib və telefonu söndürüb.

Arzu Paşaqızı