Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, parlamentin fevralın 13-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2025-ci ildə fəaliyyəti haqqında məruzəsi.

2. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş).

3. Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (üçüncü oxunuş).

4. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş).

5. Gömrük Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (ikinci oxunuş).

6. “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (ikinci oxunuş).

7. Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunun layihəsi (birinci oxunuş).

8. Mülki Məcəllədə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).

9. Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).

10. “İnvestisiya fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun layihəsi (birinci oxunuş).

Arzu Paşaqızı