Prezident pensiya artımı ilə bağlı sərəncam imzaladı – Bu şəxslərə şamil olunacaq

Azərbaycanda əmək pensiyaları indeksləşdiriləcək.

turaninsesi.az ” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 2026-cı il yanvarın 1-nə 2025-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2026-cı il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçiriləcək.

Sərəncama əsasən, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu sərəncam 2026-cı il yanvarın 1-dən tətbiq edilir.

Arzu Paşaqızı