Narkotik satıcısı həbs olundu

Paytaxtın Nəsimi rayonunda əvvəllər məhkum olunmuş 48 yaşlı Rizvan Fərəcov saxlanılıb.

turaninsesi.az ” xəbər verir ki, ondan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin (cəmi 3 kq 547 qr) aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

R.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib

Arzu Paşaqızı