Müəllimini güllələyən şagird hər il bu qədər təhsil haqqı ödəyirmiş….
Bu gün silahlı insidentin törədildiyi “İdrak” liseyində təhsil haqqı məlum olub.
“turaninsesi.az ” xəbər verir ki, Azərbaycanda dövlət məktəblərində orta təhsil pulsuz olsa da, valideynlər uşaqlarını ən yaxşı təhsil imkanları təqdim edən liseylərdə oxutmaq üçün böyük məbləğlər xərcləyirlər.
“İdrak”da illik haqq 10.000-16 500 manat arasıdır.
Xatırladaq ki, fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Hadisəni törətməkdə şübhəli bilinən şagird tutulub.
Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir.
Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır.
Arzu Paşaqızı