Silah şagirdin atasına məxsusdur – RƏSMİ AÇIQLAMA

Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.

Bu barədə “turaninsesi.az ”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Arzu Paşaqızı