İkardi Hacinin rekordunu qıraraq “Qalatasaray”ın tarixinə düşdü
Mauro İkardi “Qalatasaray” tarixində ən çox qol vuran əcnəbi futbolçu oldu.
“turaninsesi.az ” xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat verilib.
Argentinalı hücumçu Türkiyə Kubokunda “İstanbulspor”a qarşı oyunda fərqlənərək, İstanbul təmsilçisiin heyətində vurduğu qolların sayını 73-ə çatdırıb.
Bununla da o, bu göstərici üzrə Georgi Hacinin rekordunu qırıb. Rumıniyanın əfsanəvi futbolçusunun hesabında 72 qol var idi.
Arzu Paşaqızı